Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı alim Əhməd Rza Cəlalinin edama hazırlanması böyük narahatlıq doğurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və İsveç vətəndaşı, təbii fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis, azərbaycanlı alim Əhməd Rza Cəlali irqçi fars rejimi tərəfindən casusluq ittihamı ilə həbs edilib.

Azərbaycanlı həkim Cəlali iyulun 29-da ailəsi ilə telefon əlaqəsi saxlayaraq “ciddi təhlükəsizlik tədbirləri ilə” naməlum yerdə təkadamlıq kameraya yerləşdirildiyini bildirib.

Onun təkadamlıq kameraya köçürülməsi, İranda mövcud proseduru nəzərə alaraq, ailəsi, Avropadakı həmkarları və eləcə də insan hüquqları təşkilatları arasında geniş narahatlığa səbəb olub.

Ötən bazar ertəsi gününə qədər Evin həbsxanasında saxlanılan azərbaycanlı həkim və xilasetmə üzrə mütəxəssis Əhməd Rza Cəlali ailəsi ilə qısa telefon danışığında “Təcridxanada bir nəfərlik kamerada ciddi təhlükəsizlik tədbirləri və müşahidə kameraları altında saxlanıldığını” deyib.

Əhməd Rza Cəlalinin həyat yoldaşı Vida Mehran-niyanın sözlərinə görə, “Onun hansı orqan tərəfindən aparılması və saxlanıldığı bir nəfərlik kameranın həbsxanada və ya hansısa təhlükəsizlik qurumunun təcridxanasında olduğu məlum deyil”.

Qeyd edək ki, 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhməd Rza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub. O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın