Şənbə , Noyabr 28 2026
azfa

Türkiyə dünyada ilk pilotsuz qırıcı təyyarəyə sahib olan ölkə oldu

GADTB: Türkiyə dünyada ilk pilotsuz qırıcı təyyarəyə sahib olan ölkə olub.

“Baykar” şirkəti bununla bağlı bildirib ki, şirkətin öz imkanları hesabına hazırladığı “Kızılelma” pilotsuz qırıcı təyyarəsinin ilk üç nümunəsi qəbul sınaqlarını uğurla başa vurduqdan sonra noyabrın 19-da təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Bu təhvilvermə ilə Türkiyə dünya aviasiyası tarixində pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub”, – şirkətin açıqlamasında qeyd edilib.

“Kızılelma” ilk dəfə 2022-ci ilin avqustunda Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş etdirilib.

Pilotsuz qırıcı MIUS döyüş aviasiya kompleksi layihəsi çərçivəsində hazırlanıb.

Təyyarənin maksimal uçuş çəkisi təxminən 6 ton, faydalı yükdaşıma qabiliyyəti isə 2 tona yaxındır.

“Kızılelma”nın 12 kilometr yüksəklikdə 5–6 saat ərzində uçuş həyata keçirə bildiyi bildirilir.

Həmçinin yoxlayın

ABŞ Oman dənizində Bəndər-Abbas limanından çıxan İranın ticarət gəmisinin mühərrik bölməsi vurub- Video

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, 1405-ci il azər ayının 5-də, cümə axşamı, ABŞ-a …

Azərbaycanlı fəalların Təbriz Mərkəzi Həbsxanasında saxlanılması davam edir

GADTB: Altı azərbaycanlı fəal – Ayət Mehrəlibəyli, Əli Babayi, Nasir Rəzmcu, Əmirhüseyn Ağayi, Mehrdad Qadiri …