
GADTB: ABŞ-nin İranın neft ixracına qarşı dəniz blokadasını gücləndirdiyi bir vaxtda, bu həftə Körfəzdə iki tanker arasında İran xam neftinin ötürüldüyü bildirilir.
“Bloomberg” agentliyinin yaydığı məlumata görə, peyk görüntüləri və gəmiçilik məlumatları neftin gəmidən-gəmiyə ötürülməsinin Xarq adası kimi strateji əhəmiyyətli məntəqələrin yaxınlığında həyata keçirildiyini göstərir. Prosesdə iştirak edən gəmilərin əksəriyyətinin avtomatik identifikasiya sistemlərini (AIS) söndürdüyü qeyd olunur.
Agentliyin məlumatına əsasən, bu əməliyyatların məqsədi neftin mənşəyini gizlətmək və ABŞ-nin artan təzyiqlərinə baxmayaraq, ixracı davam etdirməkdir.
Vaşinqton isə gəmidən-gəmiyə neft ötürülməsində iştirak edən gəmilərin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
Bununla yanaşı molla rejimi zorla blokadadan neft ixracına səy göstərdiyi də bildirlir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi