Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türkiyə İdlibə əlavə hərbi qüvvə göndərəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib vilayətində türk hərbi kontingentinin sayının artırılacağını deyib.

Çavuşoğlunun sözlərinə görə, Soçidə əldə olunan sazişə əsasən İdlibdə yaradılan təhlükəsizlik zonasının sərhədləri dəyişməz qalacaq.

“İdlibin 15-20 kilometr dərinliyinə qədər silahlardan təmizlənmiş zona təşkil olunacaq. Dinc sakinlər regionda qalacaq və terrorçu qruplar bu zonadan çıxarılacaq. Həmçinin oktyabrın 15-dək bütün ağır texnika geri çəkiləcək”, – deyə Türkiyə XİN-in rəhbəri bildirib.

Xatırladaq ki, sentyabrın 17-də Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar olub. Danışıqların nəticəsinə əsasən demilitarizasiya zonasına Türkiyənin mobil patrul qruplarının və Rusiya hərbi polisinin nəzarət edəcəyi bildirilib.

 

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Bir cavab yazın