Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Türkiyə Mənbicdə hərbi əməliyyata başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qısa müddətdə Fərat çayının şərq hissəsindəki Suriya torpaqlarına əməliyyatlara başlaya biləcəyini deyib.

Ərdoğan Fəratın şərqinin PKK/PYD terrorçuları tərəfindən işğalına dözmək fikirində olmadıqlarını bildirib.

“Artıqq tək Mənbic deyil, bütünlüklə diqqətimizi Fəratın şərqinə yönəltmişik. Sırada Fəratın şərqindəki terror yuvalarını aradan qaldırmaq və ora qaçqın düşmüş yerli xalqı yerləşdirmək var. ABŞ Mənbic razılaşması ilə vaxt udmağa çalışır. Türkiyə bu ərazidən təhdid edilir, biz kimsəni təhdid etmirik. İŞİD-in bölgənin işğalı üçün, bir bəhanə olaraq istifadə edildiyi üzə çıxıb”- Ərdoğan belə deyib.

 

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …

Bir cavab yazın