Türkiyə ordusu terrorçularla mübarizədə 3 dəfə dünya rekordunu təzələdi – video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin məşhur “Qara qutu” adlı Yutub kanalı “Zeytun budağı” əməliyyatı ilə bağlı diqqətçəkən video yayımlayıb.

Videoda türk əsgərinin sözügedən əməliyyatda göstərdiyi şücaətlərdən bəhs edilir.

Məlumata görə, “Zeytun budağı” əməliyyatında Türkiyə ordusu 3 dəfə dünya rekordunu təzələyib.

Həmin videonu təqdim edir:

Afrində kürd terrorçuların isə Türkiyəyə qarşı qara yaxması davam edir. Günü-gündən mövqelərini itirən və məğlubiyyətə yaxınlaşan terrorçular şəhərin mərkəzi hissələrində xəndəklər qazmağa başlayıblar. Belə ki, mülki şəxslərin şəhərdən çıxmalarına icazə verməyən terrorçular son çıxış yolu kimi onlardan canlı qalxan kimi istifadə etməyi hədəfləyir. Bundan əlavə, mülki əhalinin arasında gizlənən YPG-çilər təbliğat vasitələrini işə salaraq, türk ordusunun guya dinc əhalini qırmağa çalışdığını iddia edirlər.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın