Türkiyə ordusundan Cinderesdə yeni qələbə -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində ümumilikdə 924 hədəfi məhv edib.

Məlumata görə, Afrinin mərkəzi hissəsinə həlledici hücumdan əvvəl strateji əhəmiyyətli iki ərazidən biri sayılan Raconun azad edilməsindən sonra türk ordusunun Cinderes istiqamətində hücumları intensiv xarakter alıb. Cinderesin ətrafı ələ keçirilib və bölgə tamamilə mühasirəyə alınıb.

Qeyd edək ki, Afrinin qərbində Raco bölgəsini terrorçulardan təmizləyən Türkiyə Silahlı Qüvvələri şərq cəbhəsində də irəliləməyə davam edib.

Strateji əhəmiyyətli Bafilyun dağı terrorçulardan təmizlənib.

YPG Cinderes cəbhəsində də mövqe itirib. Türk qırıcılarının aviazərbələrinin ardından ərazidəki Ramadiyə və Hamilək kəndləri də azad edilib.

Qeyd edək ki, bir qədər əvvəl türk ordusunun Raco bölgəsini terrorçulardan təmizlədiyi bildirilmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın