Şənbə , Oktyabr 24 2026
azfa

Türkiyə ordusundan Şimali İraqda yeni əməliyyat

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK terrorçularına qarşı əməliyyat keçirib.

Şimali İraqda hərbi hava əməliyyatı və bombardman nəticəsində Hakurk bölgəsindəki terror qruplaşmasına aid düşərgələr və sığınacaqlar məhv edilib. Nəticədə 4 PKK terrorçusu öldürülüb.

Həmçinin Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara, Qəndil və Zap bölgələrində PKK terror təşkilatına qarşı hava əməliyyatı həyata keçirib.

Əməliyyat çərçivəsində 14 terrorçu zərərsizləşdirilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın