Şənbə , Aprel 25 2026
azfa

Krımdan dərs alan Finlandiya rus təcavüzünə qarşı ordunu gücləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Finlandiyanın müdafiə qurumları “Krım dərsləri”ni öyrəniblər və indi Rusiyaya hibrid müharibəsi sahəsində müqavimət göstərməyə hazırdırlar. Bu barədə “Nəşnl interest” nəşri yazıb.

“Krım dərsləri” fin müdafiə qurumları üçün boş yerə baş vermiş hadisə olmadı. 2014-cü ildən etibarən Finlandiya ordusunun hazırlığının artırılması ölkənin prioritetlərindən birinə çevrildi”, – nəşr yazıb.

Məlumata görə, Rusiya ilə 800 kilometrlik sərhədi olan Finlandiya ordusu müqavilə əsasında xidmət göstərən hərbçilərdən və onların çağırışçı ehtiyatından ibarət olub. Ancaq bu, Rusiya ilə mübarizə üçün kifayət etməyib. Belə ki, Rusiyaya Krım üzərində nəzarəti tam olaraq ələ keçirmək üçün cəmi bir neçə gün kifayət edib. Belə olan halda Finlandiyada çağırışçılardan ibarət çevik müdaxilə dəstələri yaradılıb və bu dəstələr 6 aylıq hazırlıq müddətindən sonra döyüş növbəsi aparmağa başlayıb. Hazırda bu birləşmələr bir neçə saat ərzində istənilən təhdidə cavab verə bilmək gücündədir.

 

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …

Bir cavab yazın