Türkiyə “Patriot” və S-400-dən daha yaxşısını istehsal edəcəyini bildirir

GADTB: Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir mühüm açıqlamalar verib.

O, ölkəsinin ilk qırıcı təyyarəsinin ən qısa zamanda uçuşa hazır olmasını hədəflədiklərini bəyan edib.

“Bizim təyyarəmiz dünyanın 5-ci nəsil təyyarələri ilə yarışa biləcək. Uçuşa hazır olması 1 il çəkə bilər. Bəzi texniki cəhətlərinə görə F-35-lərdən daha yaxşı olacaq. Ağıllı təyyarəmiz uçan kompüter funksiyasını daşıyacaq. Türkiyənin ilk yerli qırıcısının adını isə prezidentimiz rəsmi tədbirdə açıqlayacaq. “Hürjet” də müəyyən həddə qədər inkişaf edib. Uçmağına az qalıb. Bundan başqa, “Bayraktar TB3″ zərbə dronlarımız da test mərhələsini keçdikdən sonra ordunun inventarına daxil ediləcək”, – o bildirib.

“Bizim “Kızılelma”mız isə arsenala girdikdən sonra da inkişaf etdiriləcək. “TCG Anadolu”nun Hərbi Dəniz Qüvvələrində təlimləri davam edir, qısa vaxtda yekunlaşacaq”, – Demir əlavə edib.

“Bizə 5-6 il verin, “Patriot”lar və S-400-lərdən daha yaxşı sistemləri istehsal edəcəyik”, – o hədəfləri elan edib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …