Bazar , Oktyabr 18 2026
azfa

Türkiyə və Azərbaycanda Rəcəb Təyyib Ərdoğanın qələbəsi təntənə ilə qeyd edilib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türkiyə və Azərbaycanda təntənə ilə qeyd edilib.

Rəcəb Təyyib Ərdoğan axşam Ankarda Prezident Sarayı qarşısında çıxış edib.

Ərdoğan dəstək mitinqində 320 min insanın iştirak etdiyini bildirib.

Dünən axşam Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Bakının Səbail rayonu, Dağüstü park ərazisində yerləşən ofisində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.

Tədbir zamanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçilməsi münasibətilə qələbəsi də qeyd olunub. Tədbirdə ATXƏM sədri İlham İsmayılovla yanaşı, tanınmış ictimaiyyət və media nümayəndələri də iştirak edib.

Azərbaycan Gəncə və başqa yerlərində də şənlik olub.

Qeyd edək ki, 28 mayda Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turundan Rəcəb Tayyib Ərdoğan 52,2% səslə qalib gəlib.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …