Bazar , Oktyabr 18 2026
azfa

Təbriz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı dərsləri dayandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetinin Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsinin öyrənciləri dərsləri dayandırıblar.

Öyrəncilər bildirib ki, universitet rəhbərliyi, fars dili və ədəbiyyatı bölməsinin məsulları bir çox məsələlərdə, o cümlədən Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsinə mütəxəssis kadrların cəlb olunmasına müdaxilələr edirlər.

Bildirilib ki, problemlərin həll olunana və tələblərinin yerinə yetirilənə qədər aksiya davam etdiriləcək.

Qeyd edək ki, Təbriz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı bölməsi 2016-ci ildə yaradılsa da daim maneələrlə qarşılaşmaqdadır.

Molla rejimi həm də həmin fakültəni formal şəkildə açdığı üçün həm az sayda öyrənci qəbul edir, həm mütəxəssis müəllimlərin işə qəbuluna mane olur.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …