GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Ankarada təşkil olunan birgə mətbuat konfransında bu barədə açıqlama verib.
Onun sözlərinə görə, gələn həftə Türkiyə və Rusiya s-400 hava hücumundan müdafiə sistemlərinə dair danışıqları yekunlaşdıracaq. Onun sözlərinə görə, demək olar ki, tərəflər bütün detalları razılaşdırıb.
Kreml rəhbəri də bunu təsdiq edib. Bu məlumat qərb mediasında son dəqiqə xəbəri kimi verilib.
Qeyd edək ki, başda ABŞ olmaqla qərb ölkələri NATO üzvü olan Türkiyənin Rusiyadan raket qurğuları almasına qarşı çıxır.