GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.
Kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.
Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.
Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.