Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus Behnam Şeyxi məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda ana dili məsələsinə görə rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Behman Şeyxi 19 gün müddətinə məzuniyyətə buraxılıb.

Tehran sakini olan türk siyasi məhbus Behnam Şeyxi Samanlı mart ayının 17-də Tehranın Evin zindanından məzuniyyətə buraxılıb.

Bir müddət öncə zindanlarda koronovirusun geniş yayıldığı zaman azərbaycanlı siyasi məhbusların məzuniyyətlə bağlı müraciətlərinə zindan məsulları və məhkəmə sistemi rəhbərliyi əhəmiyyət verməmişdilər.

Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi  yaxalanmışdılar.

Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.

Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …