Bazar , Noyabr 29 2026
azfa

Türkiyədə çevriliş təhlükəsi ilə bağlı Ərdoğan təcili iclas keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan polis əməkdaşları ilə bağlı məsələ gündəmdə qalmaqdadır. Ötən gün rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Məsələ ilə bağlı partiya sədri əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

Nəşr yazır ki, Baxçalının açıqlamalarından sonra Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalınla gecə təcili görüş keçirib.

Məsələ ilə bağlı açıqlama verən jurnalist Handə Firat da Ərdoğanın təcili keçirdiyi iclasda məhkəmə və kəşfiyyat sahəsindəki proseslərin müzakirə edildiyini vurğulayıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …