Türkiyədə prezident seçkilərində təxribatlar planlaşdıran 11 terrorçu PKK üzvü saxlanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin paytaxtı Ankarada iyunun 24-də keçiriləcək seçkilədrdə təxribatlar törətməyi planlaşdıran 11 terrorçu PKK üzvü saxlanılıb. 

İyunun 23-də Ankarada keçirilmiş əməliyyat zamanı saxlanılanlar qrup şəklində müxtəlif təxribatların hazırlanmasını müzakirə ediblər.  Planlaşdırılan terror aktları ilə əlaqədar detallar açıqlanmır.

Saxlanılanlar barəsində hələ ki heç bir qərar verilməyib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın