Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez özünün rəsmi tviter hesabında bildirib.

Məlumata əsasən, Qara dənizdə üçüncü kəşfiyyat işlərinə başlayan gəmi “Sakarya” yatağının “Karasu-1” quyusunda qazma işləri aparacaq. Qazma işləri iki ay yarım boyunca dəniz səviyyəsindən 5 min metr dərinlikdə davam edəcək.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi 2021-ci ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …