GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisində Traxtur tərəfdarlarının cümə günü Təbrizdə Türkiyənin antiterror əməliyyatına dəstək verməsi məsələsi gündəmə gəlib.
Türkiyəli millət vəkilləri Güney Azərbaycanın Traxtur tərəfdarlarına bu məsələ ilə bağlı təşəkkür ediblər.
Qeyd edək ki, irqçi fars rejimin himayəsi ilə uzun müddət idi kürd terroru tərəfdarları Türkiyənin antiterror əməliyyatına qarşı müxtəlif şəhərlərdə nümayiş keçirirdilər. Traxtur tərədfarları həmçinin rejimin bu hərəkətini də pisləyiblər.