Bazar ertəsi , İyul 27 2026
azfa

Türkiyəyə qarşı düşmənlərin Afrində qarayaxması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC və kürd terrorçuların dəstəkləyən bir sıra qurumlar Türkiyənin Afrində xəstəxananı bombalaması və dinc sakinlərin ölməsinə dair yalan məlumat yaymaqla Türkiyəyə qaryaxmağa çalışblar. Lakin bu saxta məlumatı Türkiyə rəsmilər təkzib edib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyanın Afrin bölgəsində xəstəxanaya hava zərbələri endirilməsinə dair yayılan məlumatları təkzib edib. Bu barədə Türk Silahlı Qüvvələrinin “Tvitter”dəki səhifəsində bildirilir.

“Türk Silahlı Qüvvələri tərəfindən Afrində xəstəxananın bombalanmasına dair xəbərlər həqiqətə uyğun deyil”, məlumatda deyilir.

Türkiyə SQ Baş Qərargahından həmçinin bildirilib ki, “Zeytun budağı” əməliyyatı dinc insanlara zərər verilməyəcək şəkildə həyata keçirilir.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın