GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyenin peyk texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri dünyanın ən böyük peyk sərgisi olan Satellite 2024-də öz məhsul və imkanlarını təqdim ediblər.
Türksat, Türk Aerokosmik Sənayesi (TUSAŞ) və ASELSAN ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən forumda dünyanın ən böyük peyk istehsalçıları və peyk operatorları ilə bir araya gəlib.
Qeyd edək ki, sərgidə 120 ölkədən 360-dan çox müxtəlif texnologiya şirkətləri öz məhsulları təqdim edirlər.
Xatırladaq ki, forum 18-21 mart tarixləri arasında keçirilir.