Çərşənbə , Fevral 11 2026
azfa

TÜRKSOY-un nümayəndə heyəti qədim Türküstan şəhərlərin olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərliyi ilə nümayəndə heyəti Türküstanın qədim Urgənc və Xivə şəhərlərində olub.

Nümayəndə heyətini Özbəkistan Mədəniyyət Nazirliyinin yüksək səviyyəli şəxsləri müşayiət edib.

Urgənc şəhərində Düsen Kaseinov Xarəzm vilayətinin hakimi Farxad Fermanovla görüşüb. Görüşdə 2020-ci ildə qədim Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” statusuna namizədliyi məsələsi müzakirə olunub.

D.Kaseinov bildirib ki, qısa fasilədən sonra Özbəkistanın TÜRKSOY-un sıralarına qayıtması şübhəsiz əlamətdar hadisədir və təşkilatın mövqelərinin möhkəmləndirilməsində bu ölkənin böyük rolu olacaq.

Sonra nümayəndə heyəti qədim Xivə şəhərini gəzib, təkrarsız abidələrə baxıb.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın