Bazar , Noyabr 29 2026
azfa

Ukrayna Rusiyanın 20100 hərbçisini öldürüb, yüzlərlə təyyarəsini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 20 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 762 ədəd tankı, 1 982 ədəd zirehli döyüş maşını, 371 ədəd artilleriya sistemi, 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 145 ədəd helikopteri, 1 458 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 138 ədəd dronu, 26 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …