Cümə axşamı , Aprel 25 2024
azfa

Ukrayna Rusiyanın 31250-dən çox hərbçisini və çox sayda hərbi texnikasını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə zamanı Rusiyanın verdiyi itkilərlə bağlı yeni siyahı yayıb.

Rusiyanın itkilərini göstərən statistik siyahını təqdim edirik:

Hərbi personal itkisi 31250 (+100) nəfər ləğv edilib, tank 1386 (+5) ədəd, zirehli döyüş maşınları 3400, artilleriya sistemləri – 690, MLRS – 207, zenit döyüş sistemləri 96, təyyarə 211 (+1) ədəd, helikopterlər 176 (+1) ədəd, PUA 551 ədəd, qanadlı raketlər 125 (+3), gəmi və qayıqlar 13, nəqliyyat vasitələri və yanacaq çənləri 2395, xüsusi avadanlıq 53 ədəd.

Bu arada isə Ukrayna ordusu Rusiya ərazisinə zərbə endirib. Rusiya Federasiyasının Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib ki, iyunun 6-ı səhər saatlarında sərhəddə yerləşən Tetkino kəndi Ukrayna ordusu tərəfindən vurulub. Qubernator bu barədə “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, zərbə minaatanlar vasitəsilə endirilib, ölən və yaralanan olmayıb.

“Əsas zərbə yerli körpüyə dəyib, dağıntı var. Yaxınlıqda yerləşən 8 mənzilli yardımçı tikililərdən ibarət ikimərtəbəli evə ciddi ziyan dəyib. Evin dam örtüyü tamamilə dağılıb. Ərazidəki maşın yanıb. Yaxınlıqdakı şəkər zavodu ziyan görüb”, – məlumatda deyilir.

Qubernator atəşin ehtimal olunan nəticələrini əks etdirən bir neçə fotoşəkil də nümayiş etdirib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …