Çərşənbə , Fevral 5 2025
azfa

Ukrayna Rusiyanın itkilərini açıqldı; 5 yaşayış məntəqəsi azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 122-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 34 700 hərbçi, 1 511 ədəd tank, 3645 ədəd zirehli döyüş maşını, 764 ədəd artilleriya sistemi, 241 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 99 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarə, 184 ədəd helikopter, 2560 ədəd avtomobil texnikası, 626 ədəd PUA, 137 qanadlı raket itirib.

Həmçinin Ukrayna ordusu Donbasda 5 yaşayış məntəqəsini rus işğalçılardan azad edib. Bu barədə məlumat “Ukraine War Map” Tvitter səhifəsinin yaydığı xəritədə əksini tapıb.

İşğaldan azad edilən kəndlər Zolotaya Niva, Preçistovka, Novomayorskoe, Şevçenko və Yeqorovkadır.

Həmçinin yoxlayın

Azərbaaycan sərnişin təyyarəsinə Rusiyada kənar müdaxilə edildiyi açıqlandı

GADTB: Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. …

Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə sənayesində əməkdaşlıq daha çox institusionallaşmış hala gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində …