
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Xarici İşlər nazirinin müavini Əminə Ceppar Rusiya tərəfindən Krımın qanunsuz ilhaqını gündəmə gətirmək üçün Türk Şurasında müşahidəçi ölkə olmaq istədiklərini bildirib.
Ukrayna mətbuatında yer alan xəbərə görə, Ceppar Türk Şurasında müşahidəçi olmaq istədiklərini ifadə edib.
Türk Şurasının Krım və Krım tatarları mövzusunu gündəmə gətirilə biləcəkləri beynəlxalq bir platforma olduğuna diqqət çəkən Ceppar Krımdakı təhlükəsizlik problemləri ilə əlaqədar Kiyevdə konfrans keçirməyi planlaşdırdıqlarını da sözlərinə əlavə edib.