
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün qurtarılma tələbi ilə keçiriləcək etirazlarala bağlı İran rejimi azərbaycanlı fəalları hədələyib
İyulun 16-da İranın ETTELAAT İdarəsinin məmurları Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəallara zəng edərək, onları hədələyiblər.
Rejimin məmurları azərbaycanlı fəalları təhdid edərək, onları ETTELAAT İdarəsinə çağırıblar.
İran rejimi 100-dən çox fəalla telefon əlaqəsi saxlayıb, onlara xəbərdarlıq ediblər ki, Urmya gölünün qurudulmasına qarşı bu gün axşam saat 18:00-a təyin olunan etirazlara qatılmasınlar.
Rejimin ETTELAAT İdarəsindən o cümlədən azərbaycanlı fəallar Mikayıl Qulipur, Huşəng Nağızadə, Əta Kərimi, Əmir İbrahimlu, Əli Əzizi, Behzad Paşazadə, Milad Muxtari və s. fəallara zəng edib və ETTELAAT İdarəsinə gəlmələri tələb edilib.
Fəalların rəsmi çağırış vərəqəsi göndərmə istədikləri qarşısında isə ETTELAAT məmurları hədə-qorxu gələrək, onlara qarşı cinayət işinin açılacağı və həbs olunacaqlarını bildiriblər.
Rejimin məmurları Təbriz və başqa şəhərlərdə də fəallara zəng edib, onlara aksiyaya qatılmamaları barədə xəbərdarlıq ediblər.
Təbrizdə həmçinin azərbaycanlı fəal və idmançı Kərim İsmayılzadəyə də zəng edib ETTELAAT-a çağırıblar.