
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölü günü münasibətilə Ərdəbildə ictimai yerlərə posterlər yapışdırılıb.
Bir qrup azərbaycanlı milli fəal 15 İsfənd Urmiya Gölü Günü münasibəti ilə Ərdəbil şəhərində ictimai yerlərdə diqqəti Urmiya gölünün qurumasına çəkmək üçün posterlər yapışdırıblar.
Son illərdə yerli əhali qrupları, ətraf mühit fəalları və azərbaycanlı fəallar davamlı olaraq Urmiya gölünün qurumasının fəlakətli nəticələri barədə maarifləndirmə apararaq hakimiyyət orqanlarına xəbərdarlıq edib və Urmiya gölünün bərpasına çağırıblar. Ancaq onların bu çağırışları bu günə qədər ciddi heç bir qarşılıq almamışdır.
Qeyd edək ki, 2022-ci ildən bəri 5 mart tarixi hər il Urmiya gölü Günü kimi qeyd edilir.
Bu günün adı 1924-cü ildə Urmiya gölündə ticarət gəmiçilik hüququnun milliləşdirilməsi haqqında müqavilənin imzalandığı gündən götürülmüşdür.