Şənbə , Sentyabr 19 2026
azfa

Urmiya gölünün qurudulması nəticəsində Güney Azərbaycanı duz fırtınaları bürüyüb-Video

GADTB: Urmiya gölünün qurudulması nəticəsində Güney Azərbaycanı duz fırtınaları bürüyüb.

Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, son günlərdə Urmiya gölünün ətrafında güclü duz qasırğaları müşahidə olunub. Payızın ilk küləkləri ilə müşayiət olunan bu fırtınalar yerli əhalini narahat edib.

Ətraf mühit mütəxəssisləri duz fırtınalarının səbəbini Urmiya gölündə su səviyyəsinin kəskin azalması və duzla örtülmüş sahələrin genişlənməsi ilə əlaqələndirirlər. Gölün quruması nəticəsində əvvəlcə bərkimiş, lakin küləklə asanlıqla havaya qalxan duz təbəqələri bölgədə ekoloji riskləri artırır.

Yayılan son videodan da Quşçu ətrafında güclü duz fırtınasının baş verdiyi müşahidə edilir.

https://t.me/GADTB1/45179

Həmçinin yoxlayın

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …