Cümə axşamı , Oktyabr 15 2026
azfa

Urmiya şəhərinin keçmiş bələdiyyə sədri 20 il həbsə məhkum edildi

GADTB: Güney Azərbaycanın Urmiya şəhərindəki molla rejimin prokuroru Nasir Ətəbati Urmiya şəhər bələdiyyəsində baş vermiş korrupsiya işi ilə bağlı hökm oxunduğunu açıqlayıb.

Prokuror deyib: “Urmiya şəhərinin keçmiş bələdiyyə sədri Məhəmməd Həzrətpur 20 il həbs, dövlət qulluğundan birdəfəlik uzaqlaşdırılma, cərimə və əmlak müsadirəsi cəzasına məhkum edilib.

Urmiyanın keçmiş bələdiyyə sədrinin törətdiyi cinayətlər rüşvətxorluq, mənimsəmə, bələdiyyənin mülkiyyətinə ziyan vurmaq və dövlət qanunlarının icrasına mane olmaq məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir”.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …