Cümə , Aprel 17 2026
azfa

Urmiya sakini olan azərbaycanlı fəal Hamid Qaraoğlani yaxalanıb

All Posts

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Hamid Qaraoğlani siyasi fəaliyyət bəhanəsi ilə yaxalanıb.

Azərbaycanlı fəalın iyun 27-də rejimin ETTELAAT məmurları tərəfindən yaxalandığı bildirilir.

Rejimin məmurları həmin gün fəalı kamera quraşdırmaq bəhanəsi ilə guya işə çağırmış və yaxalayıblar.

Eyni zamanda ETTELAAT İdarəsinin məmurları fəalın ailəsinə zəng edərək, onları ETTELAAT İdarəsinə çağırıb və hədələyiblər ki, fəalın həbsi ilə bağklı mətbuata məlumat verilməsin. Əks təqdirdə fəalın anasını qətlə yetirəcəklər.

Rejim məmurları həmçinin fəalı şərləyib və ona qarşı saxta ittihamlar irəli sürməyə çalışırlar.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın