Bazar , Fevral 25 2024
azfa

Urmiyada Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Urmiya şəhərində Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə vərəqələr paylanıb.

Dünən bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiya şəhərində “21 Azər” Güney Azərbaycanda Milli Hökumətinin yaranmasının ildönümü münasibəti ilə vərəqələr çap edərək divarlara yapışdırıb və ya paylayıblar.

Qeyd edək ki, 1945-ci il 12 21 azər tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Lakin bir il sonra Pəhləvi rejimi xarici müttəfiqlərin yardımı ilə hücuma keçərək Güney Azərbaycanı işğal edərək soyqırım törədib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …