Şənbə , Dekabr 28 2024
azfa

Urmiyalı karateçi İraq Kürd Muxtariyyətinin təhlükəsizlik orqanları tərəfindən yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə Güney Azərbaycanın Urmiya şəhərindən olan karate məşqçisi İsmayıl Keşavərz təxminən 40 gündür İraq Kürd Muxtariyyətinin təhlükəsizlik orqanları tərəfindən yaxalanaraq, işgəncəyə məruz qalıb. Azərbaycanlı idmançının ailəsinin dediyinə görə, o işgəncə nəticəsində güclə hərəkət edir.

Qeyd edək ki, Kiyokuşin karate məşqçisi olan İsmayıl Keşavərz yanvarın 21-də karate salonu açıb dərs keçmək məqsədi ilə İraqın Ərbil şəhərinə dəvət edilib. O Ərbilə çatdıqdan dərhal sonra yerli kürd yönətiminin polisi tərəfindən yaxalanıb.

İsmayıl Keşavərzin həyat yoldaşı Nazənin Zəngbari onun son vəziyyəti ilə bağlı bildirib ki, İsmayıl Keşavərz karate salonu açmaq məqsədi ilə Ərbilə gedib. Lakin kürd təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Halbuki, onun heç bir orqanla əlaqəsi yoxdur.

Ailəsinin həmçinin bildirib ki, bu hadisədən sonra İranın Ərbildəki Konsulluğu ilə əlaqə saxladıq. Müəyyən vədlər verildi, amma bu günə qədər heç bir nəticə yoxdur. Bu arada İsmayılla görüşmək üçün icazə aldıq. Təəssüflə onun üzündə işgəncələr əlamətinə şahid olduq. O hətta çətinliklə hərəkət edirdi.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Bir cavab yazın