Urmiyanın voleybol derbisində milli şüarlar – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il dekabr ayının 12-də Urmiyada bu şəhərin “Şəhrdari” və “Durna” komandaları arasında keçirilən yarışda azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər.

yarış “Durnalar yuvası” stadionunda keçirilib və derbidə təxminən 2 min nəfər tamaşaçı iştirak edib.

Hər iki Azərbaycan komandasının tərəfdarları “Azərbaycan timləri – Fərq etməz rəngləri”, “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” və s. şüarlar səsləndiriblər.

Görüş 21 Azər hərəkatinin 73-cü ildönümünə təsadüf etdiyi üçün stadionda çox sayda təhlükəsizlik qüvvələri və mülki geyimli məmurlar olub. Lakin bu baxmayaraq azərbaycanlı tərəfdarlar tarixi günün ildönümünü nəzərə alaraq milli şüarlar səsləndiriblər.

Tərəfdarlar hər iki Azərbaycan komandasına dəstək olub və birlik nümayiş etdiriblər.

İki “Şəhrdari”-“Durna” komandaları arasındakı görüş 3-2 hesabı ilə “Şəhrdari”nin xeyirinə başa çatıb.

Həmçinin yoxlayın

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral …

Bir cavab yazın