GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmuda gölün qurudulmasına qarşı keçirilən dinc etirazlarda azərbaycanlı milli fəallar vəhşicəsinə döyülüb.
Güney Azərbaycan Milli Hərəkatı fəallarının bədənində döyülmə izlərinə dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntülərdən də aydın olur ki, İranın polis qüvvələri iyulun 16-da keçirilən dinc aksiyalarda rezin dəyənəklə etirazçılara qarşı zorakılıq edib.