“Varlıq” dərgisinin təsisçilərindən olan azərbaycanlı yazıçı vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Varlıq” dərgisinin təsisçilərindən olan Güney Azərbaycanın məşhur yazıçı, şair, tərcüməçi və araşdırmaçılarından olan ustad Əziz Möhsüni vəfat edib.

Azərbaycanlı şairin 95 yaşında Amerikada dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əziz Möhsüni məşhur “Varlıq” dərgisinin yazıçılar şurasıın üzvü olub. O, mərhum Dr. Cavad Heyət və dərginin digər yazıçıları ilə uzun illər əməkdaşlıq edib.

Vətəndən uzaqda vəfat edən yazıçının türk dili və ədəbiyyatı, eləcə də Azərbaycan mədəniyyəti ilə bağlı bir neçə kitabı var. “Dinlə məni”, “Nisgillərim”, “Çay axır”, “Savalan” və “Azərbaycan ədəbiyyat tarixindən qızıl parçalar” kitabları mərhum şairin ən məşhur əsərləri sırasındadır.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın