Bazar , Noyabr 22 2026
azfa

Həsən Ruhani Güney Azərbaycana qarşı terrorçu PKK ilə eyni sırada dayandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycana səfərində  çıxışçı zamanı bir neçə vilayətin adını sadalayayıb. Lakin o Azərbaycana qarşı PKK terror təşkilatı ilə bir sırada dayanaraq Qərbi Azərbaycan vilayətinin adını təhrif edib və terrorçuların xeyrinə “Urmiya vilayəti” şəklində səsləndirib.

Həsən Ruhaninin prezident olduğunu və vilayətlərin adının yaxşı bildiriyini nəzərə almaqla demək olar ki, o bu hərəkətlə Azərbaycana qarşı PKK terror təşkilatı ilə faktiki olaraq eyni sırada dayanmış olur.

Azərbaycana qarşı qanlı düşmən münasibəti bəsləyən Həsən Ruhani bundan öncə də Azərbaycana qarşı terrorçu kürdlərlə birləşib və terrorçuların mövqeyindən çıxış edib. Belə ki, o Qərbi Azərbaycana səfəri zamanı da PKK terror təşkilatının ədəbiyyatı ilə saxta Urmiya vilayəti terminindən istifadə etmişdi.

Həmçinin yoxlayın

Trampa İrana yenidən hücum etməsi üçün təzyiqlər artır

GADTB: “Financial Times” qəzeti xəbər verib ki, ABŞ və İsraildəki sərt mövqeli rəsmilər Donald Trampa …

Qəzvində sakini azərbaycanlı gənc Nemət Əfşarın Çubindər həbsxanasında saxlanılması və qeyri-müəyyən vəziyyətdə qalması davam edir

GADTB: Qəzvində yaşayan azərbaycanlı gənc Nemət Əfşar fars irqçi rejiminin təhlükəsizlik qüvvələri tərəfindən 26 gündür …

Bir cavab yazın