Çərşənbə , Fevral 11 2026
azfa

Vikiliksdə Güney Azərbaycanda türklərlə bağlı bir sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vikiliksin 2007-ci il oktyabr ayına aid olan bir sənədində deyilir ki, Amerikanın Ermənistandakı keçmiş sefiri Ane Dearse Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi məsələsi ilə əlaqədar Amerikanin Xarici İşlər Nazirliyinə göndərdiyi raportda Ermənistanin siyasi, iqtisadi ve mədəni orqanları İran dövləti ilə görüşlərdə İranın Qarabağ münaqişəsinin həll olunmasına razı olmadığı bildirilir.

Həmçinin Deyvid şahnazaryan Ermənistan prezidentinin keçmiş təhlükəsizlik məsələləri üzrə müşaviri bu görüşdə Amerikanin səfirinə deyib ki İranla əlaqələrimiz  tek iqtisadi alış-veriş deyil, bəlkə siyasi və təhlükəsizlik sahəsindəki əlaqələrimiz ən yüksək səviyyədədir.

O deyib ki, İran istəmir bu münaqişə həll olunsun. Çünki, azərbaycan türkləri İranın şimal qismində yaşayan türklərə diqqətli olar ki, bu məsələ də səbəb olar İranda türklər istiqlal uğrunda müvəffəq və başarılı olsunlar.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın