GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltılarının Güney Azərbaycanda türk dilinə qarşı represiyası davam edir.
Bu dəfə isə Güney Azərbaycanın Xalxal şəhərinin müvəqqəti bələdiyyə başçısı şəhərin girişindəki lövhədən türkcə “Xalxala xoş gəldiniz” cümləsini ləğv edib.
Bir ay əvvəl Xalxal Bələdiyyə İdarəsində nəzarətçi vəzifəsinə təyin edilən və müvəqqəti bələdiyyə başçısı olan Səlahəddin Bərzgər ötən günlərdə şəhərin girişində quraşdırılan lövhənin qaldırılmasına göstəriş verib. Bu addım türkcə cümlələrin ləğvi məqsədilə olduğu üçün əhalinin kəskin etirazına səbəb olub.
Həmin lövhələrdə “Xalxala xoş gəldiniz” sözü türk, fars və ingilis dillərində yazılmışdı. İndi isə fars və ingilis dillərində həmin cümlə qalıb, türk dili isə lövhədən ləğv edilib.