Şənbə , Oktyabr 24 2026
azfa

Xamenei Ərdəbildəki mollasına yalan dedirtməklə özünü təmizə çıxarmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rəhbəri Əli Xamenei Ərdəbildəki nümayəndəsi Seyid Həsən Ameliyə yalan dedirtməklə özünü təmizə çıxarmağa çalışır.

Xameneinin Ərdəbildəki nümayəndəsi sentyabrın 2-də cümə namazı çıxışında yalan danışmaqla iddia edib ki, guya Qarabağın işğalı zamanı İran Azərbaycana dəstək verib. O buynunla daim şiələrin ərazisini işağl edib soyqırım törədən Ermənistanı dəstəkləyən Xameneini təmizə çıxarmağa çalışıb.

Amoli iddia edib ki, birinci və ikinci Qarabağ savaşı dövründə Tehran hökumətinin Azərbaycanın yanında olub və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yolunu yaradıb.

Amoli Azərbaycan mediasınnın İran və onun rəhbərinə qarşı təhqiramiz çıxışlarının arxasında başqa qüvvələrin durduğu deyərək, xüsusilə son vaxtlar Azərbaycan Respublikasında millətçi qrup və dairələrin fəallığının artmasından narahatlığını bildirib. O, bu cərəyanların İran rəhbərinə qarşı çıxışlarını şübhəli adlandırıb.

Xameneinin Ərdəbildəki cümə imamı yalanlarını əsaslandırmaq üçün dini və Quranı kullanaraq quranın “Ər-Rəhman” surəsinin “Siz yaxşılığın cavabını yaxşı olmayan əməllərlə verirsiniz?” 60-cı ayəsini oxuyaraq azərbaycanlıları İranın yaxşılıqlarına pisliklə cavab verdiklərini iddia edib.

Amoli bir daha Naxçıvanı Azərbaycanla birləşdirən yoldan danışaraq Xameneinin Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıqlarını əsaslandırmağa çalışıb və deyib ki, köhnə yoldan başqa hazırda İranda Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək yeni yolun tikilib və bu tərəflər üçün ən sərfəli yoldur.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …