Bazar ertəsi , Fevral 9 2026
azfa

Xamenei Musəvi və Kərrubinin azadlığa buraxılma tələbini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin rəhbəri Əli Xamenei həbsdə olan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılma tələbini rədd edib.

Xamenei məsələ ilə bağlı açıqlamasında ölkədə daha böyük problemlərin olduğunu və hökumətin problemlərin aradan qaldırılmasında rol oynamalı olduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə rejimin Milli Təhlükəsizlik Ali Şurası 2011-ci ildən bəri ev dustaqlığında olan Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin dustaqlığının ləğvi barədə qərar qəbul edib. Qərarın təsdiqi üçün Xameneinin razılığı lazım idi. Həsən Ruhani də onların azadlığa buraxılması üçün müraciət etmişdi.

Xatırladaq ki, 80 yaşlı Mehdi Kərrubi 2009-cu ildə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, barəsində hər hansı bir məhkəmə qərarı olmadan ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.

Bunun isə rejimin son nəfəslərində islahatçıların saxta liderlər yaratma planının tərkib hissəsi olması düşünülür.

 

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …

Bir cavab yazın