Cümə axşamı , Oktyabr 15 2026
azfa

Xamenei səlahiyyətləri Laricaniyə həvalə edib

GADTB: İran faktiki olaraq Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən idarə olunur. Əli Xamenei ona ölkəni potensial müharibə və sui-qəsd cəhdlərindən qorumaq, eləcə də etirazları yatırmaq vəzifəsini həvalə edib.

Bu barədə “Nyu York Tayms” İrandakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, 67 yaşlı Laricani İran Prezidenti Məsud Pezeşkianı ikinci plana atıb və faktiki olaraq onun yerini tutub:

“Laricaninin səlahiyyətləri son bir neçə ay ərzində durmadan genişlənib. O, son etirazları yatırmaq və Rusiya kimi nüfuzlu müttəfiqlərlə, Qətər və Oman kimi regional oyunçularla əlaqə saxlamaqdan məsul idi. O, həmçinin Vaşinqtonla nüvə danışıqlarına nəzarət edir və ABŞ ilə mümkün müharibə zamanı ölkəni idarə etmək üçün planlar hazırlayırdı”.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …