Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Yeni elektron sistemi ilə təchiz edilən ”Kızılelma” PUA-sı ilk sınaq uçuşunu uğurla başa vurdu

GADTB: Türkiyənin ‘‘Bayraktar’‘ şirkəti tərəfindən istehsal edilən ‘‘Kızılelma’‘ pilotsuz uçuş aparatı ASELSAN-ın hazırladığı yeni elektron qalxan sistemi ilə təchiz olunaraq ilk sınaq uçuşunu uğurla tamamlayıb

Türkiyənin ‘‘Bayraktar’‘ şirkəti tərəfindən istehsal edilən ‘‘Kızılelma’‘ pilotsuz uçuş aparatı ASELSAN-ın hazırladığı yeni elektron qalxan sistemi ilə təchiz olunaraq ilk sınaq uçuşunu uğurla tamamlayıb.

ASELSAN müasir hava döyüşlərində müdafiə imkanlarını artırmaq məqsədilə ‘‘Kızılelma’’ PUA-sını “FEWS-U” elektron müdafiə sistemi ilə təchiz edib.

Sistem pilotsuz uçuş aparatını 360 dərəcəlik elektron qalxanla əhatə edir və onu hər tərəfdən müdafiə edir. O, yaxınlaşan radar siqnallarını aşkar edir, onların hansı təhlükəyə aid olduğunu müəyyənləşdirir və siqnalın hansı istiqamətdən gəldiyini dəqiq şəkildə göstərir.

Sistem hər hansı bir təhlükə aşkar etdikdə, pilotsuz uçuş aparatını qorumaq üçün avtomatik olaraq müdafiə tədbirlərini işə salır.

Bu texnologiya pilotsuz uçuş aparatlarının (PUA) xüsusi quruluşuna, çəkisinə və texniki tələblərinə uyğun olaraq hazırlanıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …