GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneinin Azərbaycana qarşı Zəngəzurla bağlı tvitərindən cəsarətlənən Ermənistan Zəngəzur dəhlizdən imtina edir.
Ermənistan rəhbərliyi artıq Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırır.
Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim Mülki Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Eduard Ağacanyan Zəngəzur dəhlizinin erməni tərəfi üçün qəbuledilməz olduğunu deyib.
“Ermənistan Zəngəzur dəhlizi məsələsini müzakirə etməkdən imtina edir və əvvəldən bundan imtina edib”, – Ağacanyan bildirib.
Ağacanyan hətta bir az da irəli gedərək bəyan edib ki, Azərbaycan konstruktiv müzakirələrə töhfə vermir.
Görünür, İranın, xüsusilə bu ölkənin dini lideri Seyid Əli Xameninin Zəngəzur dəhlizinə qarşı daha bir təhdid dolu paylaşımları, “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək” kimi açıqlamaları Ermənistan tərəfini “cəsarətləndirib”.