Xaricdə yaşayan Güney Azərbaycan modelyeri Urmiya gölü və Qarabağ həqiqətlərini dünyaya çatdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən azərbaycanlı modelyer Şervin Nəcəfpur işğalçı fars rejimin qurutduğu Urmiya gölü və işğalçı Ermənistanın işğal etdiyi Qarabağın həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.

Türkiyədə “Antalya Fashion Week 2019” adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı Şervin Nəcəfpurun “I’m a Star” kolleksiyası nümayiş olunub. Kolleksiyada modellərin çıxışı zamanı fonda Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş Azərbaycan şəhərlərinin adı “I’m a star in Khojaly”, “I’m a star in Shusha”, “I’m a star in Tabriz”, “Save lake Urmia” və s. yayımlanıb. Sonda nümayişin əsas ulduz modeli olan “Mister Azərbaycan” və “Best Model” yarışmalarının qalibi Şakir Əhmədzadə podiuma “I’m a star in Karabakh” şüarı ilə çıxıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Sidneydə 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  bu gün Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “İranda nələr baş verir, küçə etirazları nə zaman başlana bilər?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın