Bazar , Noyabr 29 2026
azfa

Rejimin əlaltıları Təbrizdə keçirilən mərasimdə Azərbaycan rəqsinə mane oldular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Təbrizdəki əlaltıları 2019-cu il mart ayının 11-də  Təbrizin Qədir Mədəniyyət Evində “Təbriz kənarındakı gecəqonduların elitasından təqdir” adlı mərasimdə Azərbaycan rəqsinin icrasına mane olublar.

Rəqsin icrasına rejimin Təbrizdəki əlaltılarının, xüsusilə mədəniyyət mərkəzinin rəisi Davud Huşəng Roşənək tərəfindən ləğv olunub. O Azərbaycan rəqsi və geyimini İranın adət-ənənəsi və prinsiplərinə uyğun olmadığını bildirib və Azərbaycanın mərkəzində Azərbaycan rəqsinin icrasına icazə verməyib.

Manqurt və rejimin əlaltısı Davud Huşəng Roşənək Səhənd əyalət televiziyasının aparıcılarından olub və hazırda Təbrizin Qədir Mədəniyyət Evinin müdiridir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Bir cavab yazın