Bazar ertəsi , Yanvar 6 2025
azfa

Yaponiya Urmiya gölünün bərpası üçün 690 milyon yen yardım edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yaponiya Urmiya gölünün və İrandakı bataqlıq ərazilərin bərpası üçün 690 milyon yen yəni 6,4 milyon dollar yardım ayırıb.

Bu məbləğ BMT-nin İrandakı İnkişaf Ofisi vasitəsilə Urmiya gölünün bərpası layihəsinə ayrılacaq.

Yaponiya bundan öncə də Urmiya gölünün bərpasına yardım məqsədilə, suvarma sistemlərinin inkişaf etdirilməsi üçün 2020-ci ildə 1 milyon dollar vəsait ayırmışdı.

Ancaq rəsmilərin yarıtmaz idarəetməsi nəticəsində Urmiya gölünün durumu hələ də pisləşməyə davam edir. Eyni zamanda İran dövləti belə humanitar yardımları mənimsəyib, özünün iyrənc siyasətlərinə xərcləyir.

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …