Yaxalanan azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslanidən heç bir məlumat yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu il fevral ayının 21-də Tehranda yaxalanan azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini və Kiyanuş Aslaninin vəziyyətindən heç bir məlumat yoxdur.  

Azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günündə rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı fəal Kiyanuş Aslani yaxalandığı gündən bir gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq, Evin zindanının 209-cu bölməsinə köçürüldüyünü bildirib.

Azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslaninin 25 gündür qeyri-müəyyən vəziyyətdə saxlanmasə nigaranlığa səbəb olur.

Hələlik fəalların hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur. Lakin onların Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda çap edilib və yayılan təbrik posterləri ilə əlaqədar yaxalandığı ehtimal edilir.

 

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın