Bazar , Fevral 16 2025
azfa

Yaxın zamanlarda Xəzərin dibi də bölünəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xəzərin dibinin bölünməsi məsələsi də yaxın zamanlarda öz həllini tapacaq.

Bu barədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı dəyərləndirən politoloq Tofiq Abbasov açıqlama verib. Politoloq hesab edir ki, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması çox böyük bir uğurdur:

“Xəzər beşliyi” dövlət başçılarının imza atdığı həmin sənəd regionda yeni bir geosiyasi ab-hava formalaşdırır. Liderlər dialoqa, qarşılıqlı anlaşmaya “ hə” dedilər. Bu o deməkdir ki, mübahisəli məsələlərin həlli istiqamətində böyük bir məsafə qət edilib və 22 ildən sonra beş dövlət dialoq, müzakirə və ekspertlərin fəaliyyətinin davam etdirilməsini istəyirlər. Belə ki, dəniz akvatoriyası 25 millik zonaya ayrılır, yəni 15 millik milli sektor və əlavə olaraq da 10 millik balıqçılığın inkişafı və istehsalı üçün razılaşdırılıb. Xəzərin dibi ilə bağlı bəzi məqamlar öz həllini gözləyir və hesab edirəm ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaq”.

Politoloqun sözlərinə görə, gələcəkdə beştərəfli format müqabilində iki və üçtərəfli formatlar da təşəkkül tapa bilər:

“Beşlik bölgənin təhlükəsizliyi baxımından üzə çıxacaq bütün problem və risklərin həmahəng, qarşılıqlı şəkildə müzakirə edilməsi və bölgədə birdəfəlik sabitliyin bərqərar olunması istiqamətində tarixi razılığa gəldilər. Bu, prinsip etibarilə ən böyük uğur, irəliləyiş idi. Payızda xarici işlər nazirlərinin müavinlərinin Bakı görüşü keçiriləcək və bu, çox böyük bir görüş olacaq. Bildiyiniz kimi diplomatlar prezidentlərin şəxsi nümayəndələridir və fövqəladə tərzdə bu cür görüşləri keçirmək və danışıqlarla bağlı prezidentləri məlumatlandırmaq səlahiyyətinə malikdirlər. Bu isə Xəzər bölgəsində yeni bir durumun formalaşması deməkdir”.

 

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …

Bir cavab yazın