Cümə , Aprel 26 2024
azfa

Yunanıstan Egey dənizində qaçqınları qəddarlıqla boğmağa çalışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan əsgərlərinin Egey dənizində sahil mühafizə gəmisi ilə dənizin ortasına atdığı qaçqınları ölümə göndərdikləri anların görüntüləri ortaya çıxıb.

İleryoz adasının şərqində Yunanıstan Sahil Mühafizəsi qayığının daşıdığı nizamsız mühacirlərin həyatlarını təhlükə ilə üzləşdirəcək şəkildə dənizin ortasına atdığı anlar dəqiqələrcə pilotsuz uçuş aparatları ilə qeyd edilib.

Yunanıstan Sahil Mühafizəsi qayığı rezin bir qayığı İleryoz adasının şərqində təyin olunmuş bölgəyə aparıb.

Bölgəyə getdikdən sonra Yunanıstan əsgərlərinin qeyri-insani rəftarı başlayıb. Sahil Mühafizə gəmisindəki qaçqınların hamısı bir-bir rezin qayığa mindirilib.

Yunanıstan əsgərləri qaçqınların hamısı rezin qayığa mindirildikdən sonra bölgədən ayrılaraq onlarla insanı dənizin ortasında ölümə göndəriblər.

Təhlükəsizlik mütəxəssisləri dənizin ortasındakı mənfi şərtlərdə ölüm təhlükəsilə qarşı-qarşıya qalan qaçqınların Türkiyənin Sahil Mühafizə dəstələri tərəfindən xilas edildiyi barədə məlumat bölüşüb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın